2009-cu il iyul ayının 3-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Yapı Kredi Bank tərəfindən “Azərbaycanda korporativ istiqraz bazarının inkişafı” adlı beynəlxalq konfrans təşkil edilmişdir. QKDK-nin Sədri Rüfət Aslanlı və Milli Məclisin İqtisadi Siyasət Komitəsinin Sədri Ziyad Səmədzadənin də qatıldığı konfransa Bakı Fond Birjası (BFB) məruzəçi kimi dəvət olunmuşdur.
Tədbirdə BFB-nın İdarə Heyətinin Sədri Xəyal Abdinov çıxışı ilə iştirakçılara birja və onun ticarət imkanları barədə məlumat vermiş və şirkətlərin korporativ istiqrazlar bazarına çıxması ilə bağlı çağırış səsləndirmişdir.
|