aze    |    rus    |    eng
 
GƏLİRLİK : NOT(28) 1.00% - 0.00   DQI(35) 1.46% +0.31   DQI(91) 2.50% +1.17   DQI(182) 2.99% +1.01   DQI(364) 3.40% +0.54   GDİ(364) 4.00% +0.25   DOI(728) 3.25%  -2.75   DOI(1092) 4.50% +1.00    DUI(1820) 2.00% ...
Maliyyə alətləri
Kotirovkalar
Listinq
Qeyri-kotirovka vərəqəsi
Birjanın üzvləri
Emitentlər
Normativ Baza
Tariflər
İnformasiya bülletenləri
Layihələr və konfranslar
// AMB-in VALYUTA MƏZƏNNƏLƏRI
  08.09.10 07.09.10
USD 0.8038 0.8035
EUR 1.0360 1.0203
RUR 0.0260 0.0262
GBP 1.2353 1.2360
Əsas // Layihələr və konfranslar // "Listinq: alternativ maliyyələşmə yolu" mövzusunda konfrans


Press-reliz 1894                      Bakı, 29 sentyabr, 2009-cu il


“Listinq: alternativ maliyyələşmə yolu” mövzusunda konfrans keçirilmişdir

            29 sentyabr 2009-cu il tarixində “Park Inn” otelində Bakı Fond Birjası və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə birjanın yeni listinq qaydalarının təqdimatına həsr olunmuş “Listinq: alternativ maliyyələşmə yolu” mövzusunda konfrans keçirilmişdir. Konfransa Azərbaycanda fəaliyyət göstərən iqtisadiyyatın maliyyə və digər sahələri təmsil edən 100-dən artıq şirkətin nümayəndələri qatılmışlar. Konfransda açılış nitqi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri cənab Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru cənab Şahmar Mövsümov və Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə nümayəndəliyinin rəhbəri Aliyə xanım Əzimova açılış nitqi ilə çıxış etmişlər. Konfransda iştirakçılara listinq və onun üstünlükləri, Bakı Fond Birjasının yeni listinq qaydaları və listinqə çıxış mexanizmi barədə birja tərəfindən təfərrüatlı məlumatlar verilmişdir. Tədbir zamanı Azərbaycan İnvestisiya Şirkətinin rəhbəri cənab Əfqan İsayev və Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri cənab Francis Delaey listinqin investor üçün əhəmiyyətindən danışmışlar. Daha sonra Azfinansbankın rəhbəri cənab Əmrə Timurkan iştirakçılara Azərbaycan qiymətli kağızlar bazarında market-meykerlik təcrübəsi mövzusunda təqdimat etmiş və AZEL şirkətinin rəhbəri cənab İqor Yakovenko təmsil etdiyi şirkətin fond bazarında uğurlu borclanma təcrübəsindən bəhs etmişdir.

                Konfrans Bakı Fond Birjası tərəfindən dəvət olunan London Fond Birjasının nümayəndəsi cənab Con Edvards və İstanbul Fond Birjasının nümayəndəsi cənab Murat Bolatın çıxışları ilə yekunlaşmışdır.

                Konfrans ərzində təqdim edilən bütün təqdimatları Bakı Fond Birjasının rəsmi veb-səhifəsindən (www.bfb.az) əldə etmək mümkündür.




“Listinq: alternativ maliyyələşmə yolu”
Bakı Fond Birjasında listinq qaydalarının təqdimatına həsr olunmuş konfrans


 

// PRESS RELİZLƏR
// XƏBƏRLƏR
 
Bül-Bül prospekti 19, Bakı
AZ1000, Azərbaycan
Tel: (994 12) 498-98-20
Faks: (994 12) 493-77-93
e-mail: feedback@bse.az
webmaster: wm@bse.az
Site production
DreamArt studio
Bütün hüquqlar Bakı Fond Birjası tərəfindən qorunur.
Copyright © 2008 BFB